F-1.az xatırladır ki, Qasli GP2-nin son yarışında komanda yoldaşını geridə qoyaraq, Dünya Çempionu titulunu qazanıb. Gənc sürücünün gələcək karyerası isə müəmmalıdır. Qaslinin gələn il Super Formula-da çıxış etməsi gözlənilir.
Kristian Horner bu barədə qərar vermədiklərini desə də, gənc sürücünün gələcəyinin açıq olduğunu deyib: “GP2-də çempion olmağı gözəl haldır. Bu il əla iş gördü. Bizimlə etdiyi testlərdə və inkişaf proqramlarında vacib işlər gördü. Hazırda Formula1-də yarışması üçün yer yoxdur, amma o, gənc komandanın ən vacib üzvüdür və onu komandada saxlamaq istəyirik. Gələcəkdə Formula1-də olacağına inanıram”.
Qasli isə Super Formula-da yarışmaq istəyir: “Helmut ilə danışmaq istəyirəm. Formula1-ə hazırlaşmağım üçün ən yaxşı seriyada yarışmaq istəyirəm. Stoffel Super Formula-da əla mövsüm keçirtdi və onunla bu barədə danışmışam. Karyeram üçün ən yaxşı qərarı verəcəyik.