K.Horner: Porsche ilə müəmmalar var

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, 2026-cı il üçün Porsche ilə danışıqlar gedir.

F-1.az xatırladır ki, Porsche 2026-cı ildə Formula1-ə girməyə hazırlaşır və Red Bull komandasının 50 faizini almaq istəyirlər. Ancaq 2026-cı il motor reqlamenti hələ açıqlanmadığı üçün son qərar hələ də verilməyib.

Kristian Horner: “Bu barədə çox dedi-qodular çıxdı. Porsche ilə bir neçə yaxşı danışıqlar olub. Onların Formula1-ə gəlməsi gözəl olar. Ancaq müəmmalar var. Reqlament dəqiqləşməlidir. Hələ danışıqlar yeni başlayıb. Yeni motor reqlamentləri əsas rol oynayacaq.

Biz isə hazırda yaxşı vəziyyətdəyik. Komanda çox güclüdür və Red Bull Powertrains getdikcə güclənir. Bura istedadlı adamlar gətirdik. Görək gələcəkdə nə olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*