K.Horner: “Pitə gəlmək məntiqsizlik olardı”

Red Bull komandasının rəhbəri Kristian Horner ikinci dəfə pit-stopa getməyin mənasız olduğunu deyib.

F-1.az xatırladır ki, Maks Ferstappen yarışa pouldan başlasa da, yarışda tək pit-stoplu strategiya seçib. Yarışın sonuna 20 dövrə qalmış ikinci dəfə pitə gələn Həmilton Soft təkərləri götürərək, hollandiyalı sürücü ilə 16 dövrəyə 20 saniyəlik fərqi bağlayıb və rəqibini ötüb.

Kristian Horner: “Mercedes yarışda daha sürətli idi. Yarışboyu 1 saniyəlik fərqi saxlamaları təsiredici oldu və rahatlıqla pitə getdilər. Lyuisdən sonra Maksı da pitə çağırmaq məntiqsizlik olardı. Maks əlindən gələni etsə də, alınmadı. İkinci sektorun sonunda Lyuis önə keçmək üçün fürsət tapmışdı və buna görə də trasdakı üstünlüyümüzü qorumağı seçdik. Yeganə şansımız bu idi. Daha sürətli maşınınız varsa, arxada belə olsanız, istədiyiniz kimi pit-stop edə bilərisiniz. İtiriləcək heç nəyiniz olmur. Buna görə də Mercedesi və Lyuisi təbrik edirəm, lakin Maks da bu həftə güclü idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*