F-1.az bildirir ki, Pirelli-nin testləri Bəhreyndə keçirilməsini istəməsinin yeganə səbəbi isti hava deyil və şirkət bütün səbəbləri yazılı olaraq FİA-ya göndərəcək.
Kristian Horner: “Əslində hər şey çox sadədir. Pirelli testlərin Bəhreyndə keçirilməsini istəyirsə, komandalara maliyə ayırmalıdır. Hər komandanın daşımaya görə xərcləri var – bu rəqəm 300 min funt sterlinqdən 750 min funt sterlinqə qədərdir. Barselona isə mart ayında test etmək üçün çox əla yerdir. Bəhreyni seçmək haqsızlıqdır. Həm də unutmamalıyıq ki, mövsümün ilk dörd yarışında hava şəraiti Barselonadakına bənzər olacaq. Melburn və Soçidə hava sərin olacaq, Bəhreyndə isə yarış gecə təşkil olunacaq. Çində hava yaxşı ola bilər. Düşünürəm ki, bu barədə Ostində iclasda danışacayıq”.