F-1.az xatırladır ki, Peres bildirmişdi ki, bolid inkişaf etdikcə, sürə bilmir. Meksikalı sürücü bolidin əvvəlki versiyası ilə poul və yarış qazanmışdı, amma son 3 yarışın ikisində xal qazana bilməyib.
Kristian Horner: “Bunun nə qədər doğru olduğunu bilmirəm, amma sazlanmalar çox vacibdir. Məncə, Çeko Britaniyada rəqabətədavamlı idi. Məncə, yaxşı performans göstərəcəyi başq ayarışlar olacaq. Yeniliklərimiz təktərəfli deyil. Bolidin yaxşı performans göstərməsi üçün işləyirik”.