K.Horner Peresi tənqid edib

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Peresin niyə risk aldığını anlamır.

F-1.az xatırladır ki, meksikalı sürücü Avstriyadakı sıralanma turunda təmiz bir dövrə vura bilmədiyi üçün son sessiyaya qala bilməyib. Sıralanma turunun ikinci sessiyasında Peresin 3 nəticəsi silinib.

O, iki dövrədə açıq formada 4 təkərlə də trasdan çıxıb. Son cəhdində isə Aleks Elbonun arxasında gedərkən yenə 4 təkərlə trasdan kənara çıxıb və onun son nəticəsi də ləğv olunub. Bundan sonra 15-ci olan Peres bu il ardıcıl 4-cü dəfə sıralanma turunda son sessiyaya qala bilməyib.

Peres sıralanma turundan sonra özünü israrla müdafiə etsə də, Kristian Horner sürücüsünü tənqid edib: “Hər şey çox açıq idi. Əsəblərimi pozan şey isə bunu bacara biləcəyimizi bilməyimizdir. O dövrədə 1.04.9 nəticə ilə gəldi. Maksdan 0.3 saniyə yavaş idi. Yəni 0.4 saniyə də yavaş qala bilərdi. Belə olan halda, son sessiyaya düşüb, mübarizə aparacaqdı.

Məncə, ikinci sessiya bunun üçün uyğun yer deyildi. Əsəblərimi pozan şey isə odur ki, son sessiyaya rahatlıqla qala bilərdi.

Düzdür, önündə bir maşın var idi və bu onun işini heç də asanlaşdırmır. Çeko çox məyus oldu, amma yeni bir səhifə açacaq. Bu gün əlindən gələni edəcək. Yenə də bu hadisələr əsəbpozucudur, çünki ön tərəfdə ola bilərdik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*