F-1.az xatırladır ki, meksikalı sürücü İstanbuldan sonra Ostində də podium qazanıb Lakin 32 yaşlı pilot Britaniya-Rusiya yarışları aralığında cəmi 16 xal qazana bilmişdi.
Kristian Horner: “Məncə, özünə olan inamı artdı. Son yarışlarda üzə çıxmağa başladı. Çeko Montsada da güclü idi. İki yarışda da podiumda olmalı idi. İstanbulda da çox güclü idi və həftəsonu ərzində tempini qoruya bildi. Buna görə də bunun səbəbi özünə olan inamdır. Hazırda onun yaxşı nəticələrinə ehtiyacımız var.
Məncə, biz onun üçün sazlanma tapa bildik. Bolidi onun stilinə uyğunlaşdıra bildik’.