F-1.az xatırladır ki, Horner keçən əsrin son illərində Formula 3000 seriyasında mübarizə aparıb və 2005-ci ildən etibarən Red Bull komandasının rəhbəridir.
Kristian Horner: “Bir çox şeydən xoşum gəlmir. Bunların arasında ən pisi davamlı uçmaqdır. Təyyarələrdə ailəmdən çox vaxt keçirirəm və bu, doğrudan da, böyük problemdir. Davamlı uçmalıyam. Uduzmağı da sevmirəm. Amma qələbə qazanmaq üçün uduzmağa da öyrənməliyəm. Heç kim uduzmaq istəməz.
İkiüzlü insanlara da nifrət edirəm. Paddokda elə adam çoxdur. Həyatda doğrudan da çoxlu ikiüzlü adam var. Suşiyə də nifrət edirəm. Çiy balıq iyrəncdir. Yaponiyaya gedəndə arıqlayıram. Mənim üçün əsl kabusdur.
Klassik avtomobilləri toplamaq ən böyük hobbimdir. Qarajımda maraqlı nümunələr var. Məsələn, bir Aston Martin var, həyat yldaşıma almışam – 1960-cı ilin MGB modelidir. Həyat yoldaşım ilk əmək haqqına özünə beləsini almışdı, amma sonra xeyriyyə işləri üçün vermişdi və çox peşman idi. Keçən il eynisini tapdım və ad günündə ona hədiyyə etdim.
Ən çox sevdiyim şey isə şampanla Red Bull-un qarışığıdır. Mənim üçün uğurun dadı budur”.