F-1.az xatırladır ki, 2021-ci ilin sonunda Honda rəsmi olaraq Red Bull komandası ilə əməkdaşlığını ləğv etməsinə baxmayaraq, yaradılmış Red Bull Powertrains bölməsində güc qurğularına texniki dəstəyini davam etdirir. Tərəflər arasında əməkdaşlıq 2025-ci ilin sonuna qədər davam edəcək, lakin 2026-cı ildə Honda çempionata qayıtmaq şansını saxlayır.
Red Bull-un rəhbəri Kristian Horner bildirib ki, Honda-nın qərarı nə olursa olsun, komanda öz güc qurğusunun hazırlamağa davam edəcək: “Honda 2025-ci ilin sonuna qədər bizimlə işləməyə davam edəcək. Biz 2026-cı il və sonrakı illər üçün alternativ və bizə uyğun variantları araşdırdıq. Belə nəticəyə gəldik ki, eyni bazada bolid ilə birlikdə mühərrik də hazırlamalıyıq.“