K.Horner: “Oynadığımız qumara görə peşman deyilik”

Red Bull komandasının rəhbəri Kristian Horner Braziliya yarışında ikinciliyi əldən versə də, oynadıqları qumara görə peşman olmadıqlarını deyib.

F-1.az xatırladır ki, Ferstappen yarışın əvvəlində Rəykkönen və Rosberqi keçərək ikinci yerə yüksəlmişdi. Amma hollandiyalı Rosberqi keçəndən sonra pitə gələrək keçid təkərlərini götürmüşdü. Amma yağış gücləndiyi üçün təkərlər işləməmiş və 19 yaşlı sürücü yağış təkərlərinə keçmək üçün yenidən pitə gəlməli olmuşdu. Beləliklə, gənc sürücü 16-cı yerə qədər geriləmişdi. Amma buna baxmayaraq, Ferstappen yeni təkərlərin hesabına 3-cü yerə qədər yüksələ bilmişdi.

Amma Horner geriyə düşmələrinə baxmayaraq, verdikləri qərardan razıdır: “Qazanmaq üçün yarışırdıq. Həmən an yağış ehtimalı olduğu üçün yağış təkərlərinin daha yaxşı olacağını düşündük. Amma Daniel hər dövrə nəticəsini yaxşılaşdırırdı. Eynilə Massa da. Keçid təkərlərinin daha sürətli olacağını düşündük və onlara keçməyə qərar verdik.

Lyuisə meydan oxumaq, təbii ki, çətin idi. İkinci yerdə idik və Lyuisi keçmək üçün qumar oynadıq və risk etdik. Əvvəlcə yaxşı olsa da, daha sonra yağış güclənməyə başladı. Təhlükəsizlik avtomobili zamanı bu strategiyadan imtina etdik. Yenə də çox sürətli idik və itirdiyimiz yerləri kompensə edə bildik. 10 dövrə ərzində Peresi keçib, podiuma yüksələ bildik. Finiş xəttini keçəndə belə çox sürətli idik”.

, , , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*