F-1.az xatırladır ki, mövsümün ilk yarışı Avstraliydan sonra əksər sürücülər ötmələrin və hətta rəqibi izləməyin çox çətin olduğunu deyiblər.
Kristian Horner: “Məncə, ötmələri dəyərləndirmək üçün tələsirik. Albert Parkda həmişə ötmələr az olub. Amma Çin və Bəhreyndə hücum etmək üçün zonalar çoxdur. Əgər orada da ötmələr az olsa, tənqidə başlaya bilərik. Düşünmürəm ki, belə davam etsin. Artıq sürücülər təkərə və ya yanacağa qənaət etmirlər. Bu hal yarışları gözəlləşdirəcək”.