K.Horner: Nyui vaxtının 50%-ni komandaya həsr edir

Red Bull Racing-in rəhbəri etiraf edib ki, hazırda texnologiya departamentinin rəhbəri Adrian Nyui komandaya vaxtının təxminən 50%-ni həsr edir.

F-1.az xəbər verir ki, Kristian onun qalan vaxtını şirkətin digər layihələrinə həsr etdiyini, lazım gələrsə bütün diqqətini komandaya ayıra biləcəyini deyib.

Kristian Horner: “Son illərdə Adrian Formula1-dəki gündəlik işdən uzaqlaşıb, indi o, vaxtını komanda ilə Red Bull Advanced Technologies arasında bölüşdürür, burada bir neçə layihədə iştirak edir. Ancaq inanıram ki, komandamız indi tarixin ən güclü texniki şöbəsinə malikdir və bu, vaxtilə ona Valkyrie layihəsini götürməyə imkan verdi.

Təbii ki, biz hələ də onunla işləyirik, amma hər gün yox. Düşünürəm ki, indi o, vaxtının təxminən 50%-ni komandaya həsr edir. Həftədə bir neçə gün ofisdə olur. Ancaq onun köməyinə ehtiyacınız olanda texniki komanda həmişə ona zəng edə bilər”.
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*