K.Horner: “Nyui bu il konsept üzərində işlədi”

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Ədrian Nyui bu il də keçənilki kimi bolidin konsepti üzərində işləyib və xırdalıqlarla məşğul olmayıb...

F-1.az xatırladır ki, Red Bull komandasının texniki direktoru Ədrian Nyui keçən ildən maşın üzərində tam işini dayandırıb. Komanda 2008-ci ildən sonra ilk dəfə qələbə qazanmadan mövsümü bağlayıb.

Kristian Horner bu barədə suallara cavab verib: “Ədrian Nyui bu il bolidin üzərində keçən il işlədiyi kimi işlədi. Hər gün işləməkdən və komandanın texniki idarəsindən geri çəkildi. Bir neçə fərqli layihədə işlədi və hamısı uğurlu oldu.

Nyui bolid üzərində bələdçilik edir və xırdalıqların əvəzinə konsept üzərində işləyir. Keçən il bu sahədə mükəmməl iş görmüşdü.

Güclü bolidimiz var idi və texniki komandanın gücü və dəstəyi günü-gündən artırdı.

Bu kombinasiya əla işlədi və 2016-cı ildə də işlər eyni ssenari ilə gedəcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*