K.Horner: “Növbəti mövsümün ilk hissəsində qarşılaşacağımız çətinliklərə hazırıq”

Red Bull komandası Renault ilə keçən mövsüm problemlər üzündən ayrılmaq qərarına gəlmişdi. Amma onlar başqa mühərrik tədarükçüləri ilə razılıq əldə edə bilmədilər və növbəti mövsüm yenidən Renault ilə işləməli oldular. Komanda 2016-cı ildə TAG Heuer brendi altında Renault mühərrikləri ilə mübarizə aparacaq.

F-1.az xəbər verir ki, komandanın rəhbəri Kristian Horner növbəti mövsümün ilk yarışlarının onlar üçün çətin keçəcəyini qəbul edir.

O, həm gələn mövsümdə gözlənilən çətinliklər, həm də komandanın Formula1-dəki gələcəyi barədə danışıb: “Hər bir komandanın gələcəyi Formula1-in özündən də asılıdır. Nə zaman nəyin baş verəcəyini əvvəlcədən bilmirik. Biz hələ uzun müddət Formula1-də qalmaq niyyətindəyik. Hazırda mübarizə aparmamağımız üçün heç bir səbəb yoxdur.

Növbəti mövsümün ilk hissəsi bizim üçün çətin keçəcək. Amma biz buna hazırıq. Mövsümün ortalarına doğru mühərrikdə və maşında inkişafların olmasını gözləyirik. Qarşımıza real hədəflər qoymaq məcburiyyətindəyik”.

Horner TAG Heuer ilə müqavilədən razı qalıb: “Komandamızın xüsusi cazibəsi var. TAG uzun illər McLaren-in sponsoru idi. Belə çətin bir dövrdə bizimlə işləmək istədilər. Bu, Red Bull-un cazibəsinin sübutudur. Hər kəs gələcəyimiz barədə ümidlidir. Düzdür, bir qədər geriləmişik, amma yenə zirvəyə qayıdacağıq. Buna sadəcə vaxt lazımdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*