K.Horner: “Nikonun çempionluq uğrunda yarışmasının Maks üçün fərqi yoxdur”

Red Bull komandasının rəhbəri Meksika Qran Prisində Niko Rosberqə aqressiv şəkildə hücum etdiyi üçün Maks Ferstappeni tənqid edən Niki Lauda ilə razı deyil.

F-1.az xatırladır ki, Niki Lauda Meksika Qran Prisindən sonra Ferstappenin Rosberqə olan hücumlarının qəbuledilməz olduğunu bildirmişdi. Horner isə belə düşünmür. O, Ferstappenin yarışın əvvəlində ilk döngədə, sona yaxın isə dördüncü döngədəki hücumlarını təhlükəli hesab etmir.

Kristian Horner: “Adi hücumlar idi. Nikonun çempionluq üçün mübarizə aparmasının Maks üçün fərqi yoxdur. Boşluğu görən hər bir sürücü hücum edir. Maks da bunu ən yaxşı bacaran sürücülərdəndir və onu yarışlara həyəcan qatan sürücü edən amillərdən biri də budur. Dördüncü döngədəki hücumda maşını saxlaya bilmədi. Dövrəvi sürücüləri keçərkən belə bir imkan əldə etdi və ondan istifadə etmək istədi.

Maksın ilk döngədə üstünlük əldə etdiyini düşünmürəm. Əyləcə gec basdığı üçün otluq əraziyə çıxdı və Sebastyanın önündə trasa qayıtdı. Sebastyan o anda onun yanında olsaydı və hücum etsəydi, bu cəzanı başa düşərdik. Lyuisin yarışın əvvəlində etdiyindən fərqli deyildi – orda trasa xeyli qabaqda qayıtmışdı. Buna görə də stüardlardan açıqlama istədik. Hadisəyə daha da əhatəli baxıb, kimin qabaqda olduğunu görmək istədiklərini dedilər. Biz Maksa Sebastyana yol verməsi üçün əmr vermədik. Həmin anda Danielin ona çatacağını gözləyirdik və bu, baş verdi”.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*