F-1.az xatırladır ki, Formula1-ə yeni traslar daxil olduqca ənənəvi trasların yeri təhlükə altına düşür. Monako da bu traslardan biridir. Tras dar olduğu üçün ötmə etmək mümkünsüzdür və buna görə də yarışlar darıxdırıcı keçir.
Kristian Horner: “Monakosuz Formula1-i təsəvvür etmək çətindir. Ora brilyant qaşıdır. Ancaq vaxt keçdikcə hər şey inkişaf etməlidir. Wimbledon da ənənələrinə sadiqdir, amma artıq yağış yağanda insanları islanmaqdan qoruyan dam örtüyü var. İdmanla birkikdə siz də böyüməlisiniz.
Monako yeni tras olsaydı və təqvimdə yer istəyib, ən az pulu verəcəm desəydi, üstəlik burada demək olacağını bildirsəydi, onları heç vaxt təqvimə götürməzdilər. Onların tarixinə və mirasına görə bütün əskikliklərini qəbul edirik, ancaq onlar da təkmilləşməlidirlər. Yerinizdə saysanız, geridə qalarsınız. Bu idmanımızın hər sahəsi üçün keçərlidir”.