K.Horner: “Mexaniklərimiz Herakl kimi çalışdılar”

Red Bull komandasının rəhbəri Rikkardonun maşınını sıralanma turuna hazırlayan mexaniklərə təriflər yağdırıb.

F-1.az xatırladır ki, avstraliyalı sürücü Çində 3-cü sərbəst yürüşlərin bitməsinə 3 dəqiqə qalmış mühərrik problemi yaşayıb. Lakin Herakl kimi işləyən Red Bull mexanikləri sıralanma turunun 1-ci sessiyasının bitməsimə 5 dəqiqə qalmış Rikkardonu trasa buraxa biliblər. Nəticədə gülərüz sürücü sıralanma turunda 6-cı yeri tuta bilib.

Kristian Horner: “Mexaniklər bu gün möcüzə kimi iş gördülər. Herakl kimi çalışdıalr. Maksın mexanikləri də çox kömək etdilər. Əsl komanda belə olar. Bu işbirliyinin hesabına sıralanma turunda ən yaxşı nəticəni aldıq. Beşinci və altıncı olsaq da, Mercedes-in sürücülərinə çox yaxınıq. Ferrari burada həftəsonu ərzində güclü idi. Yarışa fərqli tərkiblərlə başlayacağıq və strategiya cəhətdən maraqlı yarış ola bilər”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*