K.Horner: “Mercedes sürücülərini yarışdırmaqda haqlıdır”

Red Bull komandasının rəhbəri Kristian Horner Mercedes AMG-nin sürücülərinə yarışmaq icazəri verməsinin Formula1 üçün yaxşı olduğunu düşünür.

F-1.az xatırladır ki, Mercedes AMG sürücüləri İspaniya Qran Prisindəki hadisədən 1 ay sonra bu dəfə də Kanadada ilk döngədə insident yaşadılar. Bu insidentin nəticəsində Niko Rosberq asfaltdan çıxmalı oldu və buna görə o, xeyli yer itirdi.

Kristian Horner: “Mənim fikrimcə, onların arasında sərt mübarizə vardı. Dünya çempionluğu üçün mübarizə aparan bu 2 sürücü trasda bir-birilərinə yer verməzlər. Bu, çox yaxşıdır. Komanda yoldaşı olaraq onları bir-birilərinin ən böyük rəqibləridirlər. Bu 2 pilot ən böyük mükafat uğrunda yarışır. Onlardan hər hansı birini 2-ci pilot hesab etmirsizsə, mübarizə aparmalarına icazə verməyə məcbursuz”.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*