F-1.az xatırladır ki, son 8 ilin Dünya Çempionu Mercedes İnterlaqosda Rassellə qələbə qazananraq, builki ilk qalibiyyətlərinə seviniblər.
Kristian Horner: “Temp cəhətdən daha güclü vaxtlarımız olub. Mercedes Braziliyada sürətli idi. Mövsümün ikinci yarısında gətirdikləri yeniliklərdən sonra bu anın gələcəyini bilirdik. İkinci sektorda tempimiz yox idi. Bunun səbəbini anlamalıyıq.
Corc Rasselli qələbəyə görə təbrik edirəm. Bu həftəsonu çox sürətli idi. Karyerasının ilk qələbəsini qazanmaq hər sürücü üçün xüsusidir. O,idmanın yeni ulduzlarından biridir. Tərifə layiqdir”.