F-1.az xatırladır ki, McLaren bu mövsüm hələ xal qazana bilməyən yeganə komandadır. Britaniyalılar mühərrikdəki problemlərə görə Bəhreyn və Rusiya yarışlarına bir sürücü ilə çıxmışdılar.
Red Bull komandasının rəhbəri Kristian Horner bu barədə belə danışıb: “Mercedes-in nə cür kömək edib-etməyəcəyini bilmirəm, amma yardım etsələr, təəccüblənərəm. Aralarındakı münasibətdən xəbərim yoxdur. Honda hazırda rəqabətədavamlı deyil və işləri necə yoluna qoyacaqlarını bilmirəm, lakin bu işlə uzun illərdir ki, məşğuldurlar və həll yolunu tapacaqlar. Renault və Mercedes arasında bu cür halın olacağını düşünmürəm. Görək növbəti yarışlarda nə olur”.