F-1.az xatırladır ki, “gümüşü oxlar” qış testlərində ən az dövrə vuran komanda olublar. Bolid həm etibarsız, həm də balanssız təsir bağışlayıb.
Kristian Horner: “Onlar yüksək səviyyəli komandadır. İki il əvvəl də qış testlərində problem yaşamışdılar, daha sonra isə Melburnda bizi məğlub etmişdilər. Bolidləri Bəhreyndə yaxşı görünməyə bilər, ancaq Formula1-də işlər 1 saniyə içində dəyişə bilir”.