F-1.az xatırladır ki, Ferstappen yarışa ikinci yerdən başlasa da, Həmiltonu trasda keçərək, inamlı qələbə qazanıb. Daniel Rikkardonun da 3-cü yeri tutması ilə avstriyalılar düz 1 ildən sonra yenidən podiumda dubl edə biliblər.
Kristian Horner: “Mercedes-i bu cür ədalətli və qəti formada məğlub etməyi gözləməzdik. Bolidimiz mükəmməldir, amma bu qədər güclü olacağını gözləməzdik. Maks bu il çox bəxtsizliklər yaşadı, amma burada dominantlıq etdi. Mükəmməl yarış keçirdi. Onun yerinə sevinirəm, çünki sonuncu dəfə podiuma apreldə çıxmışdı. Bu nəticəyə ehtiyacı var idi”.