F-1.az xatırladır ki, Mercedes keçən mövsüm yalnız bir yarışda – Braziliyada qalib gəlmiş, Mühəndislər Kubokunda isə yekunda üçüncü yeri tuta bilmişdi.
Kristian Horner: “Mövsüm başlamazdan əvvəl buna heç vaxt inanmazdım. Düşünürəm ki, 2021-ci ildə xüsusilə də, mövsümün sonunda çox enerji sərf etdilər və bu il axşam sərxoş yataraq səhər oyanmış kimi idilər. Çünki ilk dəfədir ki, onların dominant maşınları yox idi. Keçən mövsüm onları məğlub etmək, sonra bu il bunu təkrarlamaq əla idi. Komandamla çox qürur duyuram. Hədəfimizi yüksəltdik, mübarizəyə qayıtdıq, mövsüm irəlilədikcə qaydalardakı dəyişikliklərə uyğunlaşdıq və strategiya sahəsində yaxşı iş gördük. Hər iki pilotöz rolunu yaxşı oynayaraq bir sıra möhtəşəm qələbələrə imza atdı”.