F-1.az xatırladır ki, britaniyalılar son qələbələrini 2012-ci ilin Braziliya yarışında, son podiumlarını isə 2014-cü ilin Avstraliya yarışında qazanıblar.
Kristian Horner: “McLaren möhtəşəm komandadır. Gözəl keçmişləri var və səhv etmirəmsə, Formula1-də ən çox qalib gələn ikinci komandadır. Buna görə də onlar yuxarı pillələrdə olmalıdırlar. Əlbəttə, indi çətin vəziyyətdədirlər. Ümid edirəm ki, tezliklə güclənərlər”.