K.Horner: Mateşiç Ford-a inanırdı

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Ford-la tərəfdaşlığı Ditrix Mateşiç dəstəkləyirmiş.

F-1.az xatırladır ki, Ditrix Mateşiç keçən ilin noyabrında dünyasınə dəyişmişdi.

İki gün əvvəl isə Red Bull ilə Ford 2026-cı ildə tərəfdaşlığa başlayacaqlarını açıqlayıblar.

Kristian Horner: “Bu onun bildiyi sonuncu böyüm strateji mövzulardan idi. Ölümündən əvvəl bu işin arxasında idi.

Səhmdarlar və hər iki ailə bizi dəstəkləyir. Bu da bizə son 18 ildəki işləri davam etdirməyə kömək edir. Bizim üçün əla xəbərdir və tariximiz üçün yeni və gözəl səhifədir. Ford əla markadır. Bu müqavilə bizə üstünlük verəcək.

İki böyük marka bir yerdə işləyəcək. Bir yerdə necə işləyəcəyimizi görmək üçün səbirsizlənirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*