K.Horner Markonu müdafiə edib

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Helmut Marko Kovid-19 virusunun ciddiyətini anlamayıb.

F-1.az xatırladır ki, Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko sürücülərinə Kovid-19 virusu yoluxdurmaq istədiyini demişdi və bu sözlər Formula1 ictimaiyyəti tərəfindən xoş qarşılanmamışdı.

Kristian Horner: “Helmutun dediyi kimi bu məsələ qəbul edilmədi. O, bu sözləri deyəndə pandemiyanın ciddiyətini dərk etmirdi. Red Bull-un çoxlu idmançısı var. Amma hazırkı vəziyyət hamının bu virusdan təsirlənəbiləcəyini göstərir.

Hazırda süni nəfəs aparatları üzərində işləyirik. Bu isə virusu ciddiyə aldığımızın göstəricisidir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*