F-1.az xatırladır ki, Daniel Rikkardo lider Fetteldən 0.4 saniyə geridə qalıb və yarışa 4-cü yerdən başlayacaq. Birinci sessiyada qəza edən Maks Ferstappen isə yarışa 15-ci yerdən start verəcək.
Kristian Horner: “Öndəki 5 sürücünün 0.4 saniyə içində olması gözəl haldır. Sözün açığı, yarışda yaxın mübarizə gözləyirəm. Daniel boliddən maksimumu çıxardı. Lyuisin cəzası ilə yarışa 4-cü yerdən başlayacaq. Maks mühərriklə bağlı məlumat toplamaq istəyərkən bolidin arxasını itirdi və bunun səbəbini təhlil edəcəyik. Yaxşı yer tuta biləcəyi sessiyada bu halın baş verməsi pis oldu. 15-ci yerdən yüksəlməsi üçün şansı var. Bəhreyn ötmələr üçün əlverişlidir və yaxşı strategiya ilə yüksək nəticə qazana bilər”.