F-1.az xatırladır ki, Red Bull komandasının hər iki sürücüsü də bu il qələbə qazana biliblər.
Kristian Horner: “Hər iki sürücümüzdən də razıyıq. Maks da, Daniel də mühəndislərlə yaxşı işləyirlər. Ətraflarındakı insanlara güvənərək boliddən nə istədiklərini deyirlər. Tərzləri bənzərdir və sazlanmaları çox yaxındır. Yəni boksun sağını və ya solunu seçməli olmursunuz. Tapdığınız sazlanmaların 99 faizi hər ikisinə yarayır. Maks və Daniel əla cütlükdür. Peletonun ən yaxşı heyətinə sahibik və hədəfimiz hər ikisini də komandada saxlamaqdır”.