K.Horner: Maks səbirli davrandı

Red Bull komandasının rəhbəri Kristian Horner sürücüsü Maks Ferstappenin yarışından razı qalıb.

F-1.az xatırladır ki, niderlandlı sürücü Ciddədə sıralanma turunda diyircəkli valda problem yaşamış və ikinci sessiyada mübarizəni dayandırmışdı. Yarışa 15-ci başlayan Maks 2-ci yerdə gedərkən yenidən eyni problemi yaşamaqla qarşı-qarşıya qalmış və ikinciliyə razı olmuşdu.

Kristian Horner: “Maksın maşınında bir problem olduğunu düşündük, amma hər şeyi yoxladıqdan sonra yenidən eyni sürətlə getmələrini istədik. Bir-birlərini qamçılıyırdılar və Maks sonda sürətli dövrə vurdu.

Sıralanma turunda baş verənlər onun günahı deyildi. 15-ci başlasa da, səbirli davranıb, rəqiblərini keçdi. Əla geridönüş etdi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*