K.Horner: Macarıstan Red Bull-a uyğundur

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Macarıstan Qran Prisi bolidləri RB16-ya daha uyğundur.

F-1.az xatırladır ki, Mercedes Red Bull Rinq-də keçirilmiş mövsümün ilk iki yarışında rahatlıqla qalib gəlib. Almaniya komandası bu yarışlardan 80 xal topladığl halda, Red Bull cəmi 37 xal yığa bilib.

Ancaq növbəti Hunqarorinq trası boldöngəli quruluşuna görə Red Bull Rinqdən fərqlənir.

Kristian Horner: “Onların düzlük sürəti təsiredicidir. Ancaq döngələrdə fərq yoxdur. Daha güclü olduğumuz döngələr var. Ancaq bəzilərində zəifik. Mercedes qışda əla işləyib.

Mercedes son illərdə Avstriyada zəif idi. İsti havada çətinlik çəkirdilər. Lakin bu il hava sərin idi və yaxşı performans göstərdilər. Bu nəticəyə layiqdirlər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*