F-1.az xəbər verir ki, SkyNews-in müxbiri Red Bull-un başçısına Lyuis Həmiltonun onun komandasına mümkün keçidi barədə soruşub.
Kristian Horner: “Lyuis Formula1-də inanılmaz nailiyyətlər əldə edib, indiki pilotlar arasında titulların sayına görə onun tayı-bərabəri yoxdur. Amma biz indi sürücülərimizdən çox razıyıq. Onlar bu il və gələn il əsas sürücü cütümüz olacaqlar və Lyuis üçün maşınımız yoxdur.
Əminəm ki, Mercedes problemlərini həll edəcək, biz onları heç vaxt hesabdan silmirik. Eşitdik ki, onlar ciddi yeniləmələr hazırlayırlar. Ferrari də indiki mövqeyindən narazıdır. Mübarizə yeni başlayıb”.