F-1.az xatırladır ki, yeni zellandiyalı sürücü bu həftəsonu AlphaTauri komandasında qəza etmiş və əlini qırmış Daniel Rikkardonu əvəz edəcək.
Qeyd edək ki, Louson keçən il Formula2-də üçüncü olub və bu il Super Formula seriyasında titul uğrunda mübarizə aparır. O, Formula2-də olarkən Zandfortda yarışıb və trası yaxşı tanıyır.
Liam 2021-ci ilin Əbu Dabi testlərində ilk dəfə Formula1 bolidində trasa çıxmış və keçən il həm Belçika, həm də Meksikada birinci sərbəst yürüşlərdə iştirak etmişdi.
O, keçən il Red Bull ilə Əbu Dabi Qran Prisinin birinci sərbəst yürüşlərində trasa çıxmışdı.
Kristian Horner düşünür ki, gənc sürücünün önündə böyük çətinlik var, amma o bunu aşa biləcək: “Buna görə buradadır. Belə ssenarilərə görə iki komandada ehtiyat sürücü seçilmişdi. Daha əvvəl sürmədiyi maşınla bir sərbəst yürüşlərə çıxacaq və daha sonra ən çətin trasların birində sıralanma turuna qatılacaq.
Formula1 belədir. Bəzən qarşınıza bir şans çıxar. Birinin bəxtsizliyi digəri üçün yaxşı fürsətdir. Əminəm ki, yaxşı olacaq.
Rikkardo istəsə də kokpitə qayıda bilməz, çünki əlindəki bir sümüyü qırıb. Onun üçün məyusedicidir, çünki sessiya onun üçün yaxşı gedirdi. Bu hadisələr heç yaxşı olmadı. Oskarı görəndə çox gec idi. Sükandan gələn zərbə əlini qırdı. Onun üçün məyusam, amma sağlam olduğu üçün sevinirəm. Əhvalı çox yaxşıdır”.
Daniel Rikkardonu MotoGP-nin məşhur cərrahı Şavyer Mir əməliyyat edəcək. Şavyer bu ilin qışında Ləns Strollu da əməliyyat etmiş və kanadalı sürücü tezliklə trasa qayıtmışdı.
Kristian Horner: “Hər günü diqqətlə işləmək lazımdır. Birlikdə işləyəcəyi yaxşı tibbi komanda var. Bu adamlar xəstələri çox tez sağaldırlar.
Ləns ilin əvvəlində Danielə nisbətən çox sümüyünü qırmışdı. O, sərt avstraliyalıdır. Əminəm ki, tezliklə qayıtmaq istəyəcək”.
Kristian Horner düşünür ki, bu həftəsonu Zandfortda yaxın mübarizə olacaq: “Lando sürətli idi və təhlillərimə görə Mercedes də sürətlidir. Əlbəttə, hər şey yanacaq yükündən və mühərrik rejimindən asılıdır. Buna görə də bu sessiyalar barədə bir söz demək çətindir. Lakin biz bilirik ki, McLaren son yarışlarda sürətlidir. Mercedes də yaxşı görünür. Hər şey havadan asılı olacaq. Görək nə baş verir”.