K.Horner Liberty Media-nı köməyə çağırıb

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Liberty Media komandaların dağılmaması üçün ödəmə etməlidir.

F-1.az xatırladır ki, koronavirus pandemiyasına görə mövsümün ilk 9 yarışı ya təxirə salınıb ya da ləğv olunub. Lakin yarışların olmaması xüsusilə azbüdcəli komandalara pis təsir edir. Bəzi komandalar artıq iflas olmaq təhlükəsi ilə üzləşiblər.

Kristian Horner: Bunlar böyük zərbə ola bilər. Belə olan halda təşkilatçılar qərar verməlidirlər. Bu, onların işidir və bir şey düşünməlidirlər. Çünki Liberty yarış təşkil etmək istəyirsə, komandalara ehtiyacı var. Buna görə də əllərindən gələni edəcəklər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*