F-1.az xatırladır ki, Ferstappen Red Bull ilə yuxu kimi bir həftəsonu keçirib və Avstriya təmsilçisinin heyətində keçirdiyi ilk yarışdaca qalib gəlib.
Helmut Marko bu barədə danışıb: “Onu bu bolidə otuzdurmaq üçün hamını razı salmaq asan iş deyildi.
O yeni Sebastyan Fettel deyil, o Maks Ferstappendir”.
Yarışdan sonra Daniil Kvyatın kefi pozulmuşdu.
Daniil Kvyat: “Mən olsaydım bu yarışı qazana bilərdikmi? Bunu heç vaxt bilməyəcəyik. Amma mən öz potensialıma bələdəm. Mən yarışlar və çempionluqlar qazana bilərəm. Çətin olacaq, amma səbirli olmalıyam”.
Komandanın rəhbəri Kristian Horner isə yeni sürücüsündən razı görünür: “Onun (Kvyat) Red Bull-a qayıtması yaxın zaman ərzində çətin görünür. Amma indidən heç nə demək olmaz.
Onun bizimlə uzunmüddətli müqaviləsi var və o, Toro Rosso-da təzyiq hiss etmədən təcrübə qazanmağa davam edəcək”.