F-1.az xatırladır ki, Toro Rosso Sinqapur Qran Prisindən bəri yaxşı nəticələr əldə edən rus sürücü ilə gələn il də yarışmağı qərara alıb.
Kristian Horner: “Mövsümün əvvəlində yaşadığı şanssızlıqlardan xilas olmağı bacarıb və özünəinamını qaytarıb. Daniilin hələ 22 yaşı var və ona başqa şans verə biləcəyimizi, Saynsla daha bir il mübarizə aparmasının yaxşı olacağını düşündük. Bundan Toro Rosso qazanclı çıxacaq. Qasli də yaxşı sürücüdür və komandanın bir parçasıdır. O, bizim devoloper pilotumuzdur. Geniş sürücü heyətimiz var. Vaxtı gəldikdə, o da Formula1-də yarışacaq”.