F-1.az xatırladır ki, Maks Ferstappen Şanxayda yarışa 16-cı pillədən başlasa da, yekunda 3-cü olub. Rikkardo isə 5-ci başladığı yarışı 4-cü yerdə bitirib. Beləliklə, Avstriya təmsilçisi bu mövsüm ilk, Formula1 tarixində 100-cü podiumunu qazanıb.
Kristian Horner: “Çində komandanın performansı mükəmməl idi. Yarışın əvvəlində trasın sürüşkən olmasından maksimum istifadə etdik. Maks əla start aldı və 7-ci yerə yüksəlməsi inanılmaz idi. İki sürücümüzün də vəziyyəti əladır. Təhlükəsizlik avtomobili rejimində doğru strategiya seçərək, pit-stop etdik və Ferrari-ləri qabaqladıq. Bunun hesabına yarışda 2-ci və 3-cü yerlərə yüksəldik. Maks daha sonra Danielə mükəmməl hücum edərək önə keçdi. Amma Rikkardo da Fettellə Rəykköneni bacardığı qədər arxasında saxlayaraq, Maksın fərqi artırmasına kömək etdi. İki pit-stoplu yarış gözlədiyimiz üçün SuperSoft təkərləri götürdük. Bunun ən doğru zamanı idi. Daniel ikinci pitdən sonra bolidin balansından razı idi. Maksla aradakı fərqi azaldırdı. Son 10 dövrədə iki sürücü arasında gözəl mübarizə izlədik və həyəcanlı idi. Beləliklə, Red Bull komandası Formula1 tarixində 100-cü podiumuna yüksəldi”.