F-1.az xatırladır ki, Red Bull komandası mövsümün əvvəlində yaxşı nəticələr ala bilməsə də, Avropa yarışları başladıqdan sonra davamlı inkişaf etmiş və Ferrari-ni geridə qoymuşdu.
“Qırmızı Öküzlər” bu mövsüm iki qələbə qazanıb və turnir cədvəlində ikinci yeri çoxdan təmin ediblər.
Kristian Horner: “Bütün komanda böyük uğur qazandı. Mövsümə başlayanda düşünürdük ki, beşliyə düşmək çətin olacaq. Amma komandamız əla bolid düzəltdi. Renault da mükəmməl mühərrik düzəltdi. Biz də mövsüm ərzində gücləndik. İndiyə kimi 14 dəfə və ya daha çox podium finiş görmək, 2 yarış qazanmaq, Maksın Barselonadakı qələbəsi, Malayziyadakı dubl, mühəndislər kubokunda Ferrari-ni qabaqlamaq və Mercedes-ə ən yaxın komanda olmaq… Doğrudan da, mükəmməl mövsüm oldu”.