F-1.az bildirir ki, Red Bull komandasının rəhbəri bu ilin sonunadək komandaların yarıdan çoxunun büdcə limitini keçəcəyini hesab edir.
Kristian Horner: “Bu il vəziyyət elədir ki, eyni anda 6 komanda limitləri poza bilər. Elektrik enerjisinin qiyməti artır, amma xoşbəxtlikdən bu bizə mane olmayacaq. Formula1 Komissiyasının iclasında bu amili səsləndirənlərin limiti aşma ehtimalları var. Bizə gəlincə, 2022-ci ildə bunu edəcəyimizə inanmıram. Lakin bizə verilən cərimə gələcəkdə problemlər yarada bilər.
Aerodinamik boruda 10% az işləmə cəzası verildi, halbuki, büdcədən 0.37% kənarlaşma olmuşdu. 5% və ya daha çox aşsaydıq, cərimə nə qədər olacaqdı? FİA cüzi aşmaya görə belə cəza verdi. Göstərmək istəyirlər ki, istənilən qanun pozuntusunda sərt mövqe sərgilənəcək”.