F-1.az xatırladır ki, hollandiyalı sürücü Kanada yarışında əla start alaraq 2-ci yerə yüksəlsə də, 11-ci dövrədə mühərrik probleminə görə mübarizəni vaxtından əvvəl dayandırmışdı.
Kristian Horner: “Sehirli start aldı. Sebastyan bunu gözləmirdi. Pitə vaxtında çağırsaydıq, rahatlıqla ikinci yeri tuta bilərdi. Ötmə etmənin çox çətin olduğunu gördünüz. Valtterini yaxşı bağlayırdı. Vəziyyəti yaxşı idi. Yarışda onu tez itirmək çox pis oldu. Batareya probleminə bənzəyirdi. Renault hazırda bu barədə təhlillər aparır. Mövsümöncəsi testlərdə də bu problemi yaşamışdıq. Bir neçə il əvvəl Rikkardo da Spada 3-cü yerdə gedərkən, bu problemlə üzləşmişdi. Amma çoxdandır ki, bu problemi yaşamırdıq. Bolidi bazaya aparıb, mühərriyi sökmədən problemi tam anlamayacağıq.
Ferstappen məyusdur, çünki yeri əla idi. Əla performans göstərir. Bolid güclənir. Vaxt gələcək hər şey bərabərləşəcək. Hər şey qaydasındadır. Bizdən asılı olmayan bəzi şeylər oldu”.