F-1.az xatırladır ki, avstraliyalı sürücünün komandası ilə müqaviləsi ilin sonunda bitir və 28 yaşlı sürücü müqaviləsini yeniləməyə tələsmir.
Kristian Horner: “Hər yarış bir jurnalistin bu barədə soruşması bezdiricidir. Bu sualı Bottasdan, Həmiltondan və Rəykkönendən də soruşmalıdırlar. Özümüzü yaxşı hiss edirik, çünki seçimlərimiz çoxdur. Bizimlə olmaq istəyən sürücünü komandada görmək istəyirik. Problem çıxarıb hər şeyi çətinləşdirmək doğru deyil”.