F-1.az xatırladır ki, Sebastyan Fettellə Mark Vebber 2010-2013-cü illərdə komanda yoldaşı olmuş və 2010-cu ildə İstanbulda, 2013-cü ildə isə Malaziyada insidentlər yaşamışdılar.
Red Bull indi də Serxio Peres və Maks Ferstappen cütü ilə yarışır. İki sürücü keçən il yaxşı yola getsələr də, bu il bəzi yarışlarda münasibətlər az qala korlanacaqdı. Belə olan halda onların arasındakı münasibətin pisləşdiyi düşünülüb.
Kristian Horner: “Fettel və Vebberi idarə etmək indiki sürücüləri idarə etməkdən asan idi. Onlar yaxşı cüt idilər. Əla vaxtlarımız oldu. İndi geriyə dönüb baxanda nələr etdiyimizi görə bilirik. Hamımız yaşlandıq və böyüdük. O dövrlər komanda üçün inanılmaz idi. Elə Fettellə Vebber üçün də”.