F-1.az xatırladır ki, Ferrari mövsümün ilk 3 yarışından ikisini qazanmışdı. Dördüncü yarış İmolada idi. Burada Red Bull əvvəlcə sprint yarışında qalib gəlmiş, daha sonra isə əsas yarışda qələbə dublu etmişdilər.
Kristian Horner: “Hədəfimizi bir kənara qoymadıq. Mövsümə çətin başlanğıc etsək də, İmolada spirint və əsas yarışı qazanaraq, mövsümdəki ilk dublumuzu etdik. Bu nəticədən sonra Ferrari-nin üzrəindəki təzyiq artdı.
Komandamız maşını təkmilləşdirdi və çəkisini azaltdı. Maks da əla mövsüm keçirdi. Lakin mövsümün əvvəlində Mayamidə, Səudiyə Ərəbistanında və Bəhreyndə Ferrari ilə çətin mübarizələrimiz oldu. Əla mövsüm idi”.