F-1.az xatırladır ki, Emiliya-Romanya Qran Prisində komanda mövsümdə ilk qələbə dublunu qazanaraq Ferrari ilə fərqi xeyli azaltmışdı.
Kristian Horner: “Biz heç vaxt məqsədimizdən dönməmişik. Mövsümün əvvəlində çətin anlar yaşadıq, amma İmolada mövsümün ilk qələbə dublunu qazandıq, həm də sprintdə də qalib gəldik. Belə nəticələr Ferrari üzərində təzyiq yaratmağa kömək etdi və onlara nəfəs almağa imkan vermədi.
Komanda maşını təkmilləşdirməyə davam etdi, biz çəki azalda bildik və Maks parlaq mövsüm keçirdi. Bununla belə, ilin əvvəlində Ferrari ilə çox gərgin mübarizə apardıq – Mayamidə, Səudiyyə Ərəbistanında və hətta Bəhreyndə. Bununla belə, əla mövsüm keçirdik”. Şarl da belə bir mövsümdən sonra aldığı nəticəyə layiq idi. O, güclü rəqibdir və hər iki sürücümüzlə çox təmiz mübarizə apardı”.