F-1.az xatırladır ki, Red Bull komandası Renault ilə 2010-2013-cü illərdə ardıcıl 4 titul qazansa da, V6 turbo mühərriklərə keçdikdən sonra performans və etibarsızlıq problemlərinə görə tərəflər arasındakı münasibətlər son həddə çatmışdı. Buna görə də Avstriya təmsilçisi 2019-cu ildə Honda mühərriklərinə keçid edib.
Red Bull komandası bu il yaponiyalı istehsalçı ilə 2 poul və 3 yarış qazanıb və Maks Ferstappen mövsümü üçüncü yerdə bağlayıb. Bundan başqa 2019-cu ildə etibarlılıqla bağlı problem demək olar ki, olmayıb.
Kristian Horner: “Renault-nun mühərrik bazası olan Viridə çoxlu hesab cədvəlləri görmüşdük, ancaq heç bir potensialı yox idi. Bu il verilən bütün sözlərin tutulduğu ilk il idi. Bura təmiz fərqlidir. Əsil tərəfdaşlıq budur. Yaxşı nəticə qazananda Honda-nın yaşadığı sevinc buna sübutdut. Bu, Renault ilə olan münasibətdən qat-qat yaxşıdır.
Bu il 3 poul və 3 yarış qazandıq. Monakoda da qalib gələ bilərdik və Meksikada qazanmalı idik. Ostində də sürətli idik. Bolidimiz çox yaxşı idi”.