F-1.az xəbər verir ki, Red Bull komandasının rəhbəri Kristian Horner bir qədər fərqli düşünür: “Məni bir sual maraqlandırır: Keçən mövsümün son yarışlarında Lyuis nə qədər istəkli idi və motivasiyası hansı səviyyədə idi? Onun üçün bir qədər çətin ola bilər, çünki çempion olan sürücü hər kəsin ən çox məğlub etmək istədiyi adamdır. Amma mən onun mövsümə əla start verəcəyinə inanıram”.
Horner təkərlərlə bağlı yeni reqlamentə də toxunub: “Bu, komandalara müxtəlif seçim imkanları vermək üçün yaxşı bir dəyişiklikdir. Amma bir çox komandanın eyni seçimləri edəcəyindən narahatam. Belə olarsa, yeni reqlament çox da əhəmiyyətli olmayacaq”.