K.Horner: “Həmiltonun işi daha asandır”

Red Bull komandasının rəhbəri Kristian Horner hesab edir ki, son yarışda Həmiltonun işi Rosberqə nisbətən daha asan olacaq.

F-1.az xatırladır ki, Rosberqin son yarış ərəfəsində 12 xallıq üstünlüyü var və yarışı podiumda bitirsə, Dünya Çempionu titulunu qazanacaq.

Kristian Horner: “Nikonun hər şeyi itirmə ehtimalı var. İlk üçlük onun üçün yaxşı nəticə kimi görünür, amma unutmayaq ki, artıq mühərriklərin və ötürmə qutularının ömrünün sonuna az qalıb. Böyük ehtimalla güzgülərə digər sürücülərdən çox baxacaq. Hər şeyə nəzarət etməlidir.

Lyuisin işi isə daha asandır. Çünki fərqi bağlayan adam odur”.

Horner Mercedes sürücüləri arasındakı mübarizəni 2010-cu ildəki Fettel və Alonsonun mübarizəsinə bənzədib: “Fernando Alonsoda da bir neçə il əvvəl eyni vəziyyəti gördük. Sebastyanın itiriləsi heç nəyi yox idi və bunun üçün mübarizə aparıb yarışı qazandı. Ferrari bütün diqqətini Uebberə yönəltdi və ona görə strategiya qurdular.

Sürücülərimə deyəcəm ki, maksimum performans göstərsinlər. Çünki bu, bizim çempionluq mübarizəmiz deyil. Bazar günü hər iki sürücümüz də Rosberqi keçsə, biz Həmiltonun ən yaxın dostları olacayıq. Onlar öz mübarizələrinə fokuslanacaqlar. Lyuisin yarım dövrəlik fərqlə yarışı qazanması əhəmiyyət kəsb etmir”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*