F-1.az xatırladır ki, Red Bull komandası təhlükəsizlik maşını rejimindən maksimum istifadə edərək, 2018-ci ildə ilk qələbəsini qazanmışdı.
Kristian Horner: “Həftəsonu mükəmməl idi. Çində qalib gələ bildik və bu tras ən güclü olduğumuz traslardan deyil. Lyuis Həmilton Bəhreyndən sonra bizim Mercedes və Ferrari ilə eyni gücdə olmadığımızı demişdi. Məncə, bu həftəsonu onlara gücümüzü göstərdik. Bütün idman növlərində işiniz çətinləşə bilər və qələbəsiz qalmağa başlayarsınız. Mercedes-in bolidi çox sürətlidir. İlk üç yarışda qalib gələ bilməməkləri inanılmazdır. Qətiliklə bilirəm ki, növbəti yarışlarda qalib gələcəklər”.