F-1.az xatırladır ki, Mercedes komandası mövsümün ilk 4 yarışında özünə yaraşmayan performans göstərir. “Gümüşü oxlar” bu mövsüm sadəcə iki podium qazana biliblər və hazırda çempionatda üçüncü pillədədirlər.
Komandanın əsas sürücüsü sayılan Həmilton bu il çətin dövrlər yaşayır. O, dörd yarışdan cəmi 28 xal toplayıb və gənc komanda yoldaşı Rassellə 21 xal uduzur. Bu bəs deyilmiş kimi İmolada xal qazana bilməyib.
Kristian Horner: “Lyuis bərbad həftəsonu keçirdi. O, yeddiqat Dünya Çempionudur. Hələ də maşın sürməyi unutmayıb. Mercedes bu problemi həll edəcək və Həmilton yenidən mübarizə aparmağa başlayacaq. Digər tərəfdə isə Maksla Şarl əla iş görürlər”.