K.Horner: “Həmilton Red Bull-a keçmək istəyirdi”

Red Bull komandasının rəhbəri Kristian Horner Lyuis Həmiltonun 2011-ci və 2012-ci illərdə Red Bull-a keçmək üçün müraciət etdiyini bildirib.

F-1.az xatırladır ki, Lyuis Həmilton Formula1-də 2007-ci ildə McLaren pilotu kimi debüt edib və 6 mövsüm bu komandanın pilotu olub. O, 2013-cü ildə Mercedes AMG-yə keçib.

Kristian Horner: “Bizim komandaya keçməsi mümkün deyildi. 2011-ci ildə gəldi və növbəti mövsüm Red Bull pilotu olmaq istədiyini bildirdi. Amma Sebastyan komandada idi və iki güclü pilota komandada yer verə bilməzdik. Mercedes-lə müqavilə bağlamamışdan əvvəl 2013-cü il üçün Red Bull pilotu olmağa çox həvəsli idi”.

Horner Həmiltonun Mercedes-ə keçidində özünün də rol oynadığını, amma o vaxt Mercedes-in bu qədər güclü olacağını gözləmədiyini də sözlərinə əlavə edib: “McLaren 2011-ci və 2012-ci illərdə sürətli idi. Mən də düşündüm ki, Həmiltonun başqa komandaya keçməsi bizim xeyrimizə olar. McLaren-i zəiflətmək üçün Niki Laudanı Həmiltona transfer təklifi etmələri üçün cəsarətləndirdim. Amma düşünməmişdim ki, Mercedes bu qədər güclü olacaq…”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*