K.Horner: Gözəl ssenaridir

Red Bull komandasının sürücüsü Kristian Horner bildirib ki, Yaponiyada Honda ilə titul qazanmaq xüsusidir.

F-1.az xatırladır ki, Honda motoru ilə mübarizə aparan Red Bull bu gün Suzukada Ferstappenlə Sürücülər Çempionatında titulu təmin edib.

Kristian Horner: “Maks hegemon idi. Mövsümdə 14-cü qələbəmizi alaraq, bir mövsümdə ən çox yarış qazanma rekordumuzu qırdıq. İlk yarışlarda çətinlik yaşasaq da, geri dönə bildik.

Komandamız mövsümü bşqa səviyyəyə gətirdi. Maks da komandanın işi ilə fəxr edir. Bazadakı işçilər də əllərindən gələni etdilər. Titul qazanmmaq çox xüsusidir. Yaponiyada Honda ilə çempion olmaq da xüsusidir. Gözəl ssenaridir.

Şarl yarışın sonlarında səhv edərək, cəza aldı. Çeko da bu gün əla iş gördü. Hər cəhətdən əla performans göstərdik. Maks ilk titulundan sonra yetkinləşdi. Komandanın iş forması da başqa səviyyədə idi. Maksa hörmət edirəm. Çümpionluğa layiq idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*